Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün əsas mərhələdə ilk oyununa çıxıb. 7-ci qrupda yer alan ölkə çempionu birinci matçında Rumıniyanın “Yunayted Qalati” kollektivi ilə qarşılaşıb.
Qalati şəhərində yerləşən Dunarea İdman Sarayında keçirilən görüş “Araz-Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində qolları 25-ci dəqiqədə Aleks Mineyro və 34-cü dəqiqədə Filipe Avila vurub.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda növbəti oyununu oktyabrın 30-da Lüksemburqun “Differdanj” klubuna qarşı keçirəcək.