az en
News / Millimiz (Futzal) Yunanıstan yığması ilə heç-heçə edib

Millimiz (Futzal) Yunanıstan yığması ilə heç-heçə edib

Futzal Dərc olundu: 04.02.2025 Çap
Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.
Millimiz (Futzal) Yunanıstan yığması ilə heç-heçə edib
5-ci qrupda yer alan millimiz Bakıda Yunanıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş 2:2 hesablı heç-heçə yekunlaşıb. Komandamızın heyətində ilk qolu 1-ci dəqiqədə Oktay Rüstəmli vurub. Digər qol isə 39-cu dəqiqədə avtoqol kimi qeydə alınıb.
Vitali Borisovun baş məşqçisi olduğu milli xallarının sayını 2-yə çatdırıb. Futzalçılarımız növbəti matçı martın 11-də səfərdə Yunanıstan seçməsinə qarşı keçirəcəklər.
Baş Sponsor