Futzal üzrə Azərbaycan milli komandasının yanvarın 31-də Xorvatiya yığması ilə Pulada keçirəcəyi AVRO-2026-nın əsas mərhələ oyununun hakim təyinatları açıqlanıb.
5-ci qrupun II turu çərçivəsində “Mate Parlov” İdman Mərkəzində təşkil olunacaq görüşü Moldova və Estoniyadan olan hakimlər briqadası idarə edəcək:
31 yanvar
Xorvatiya - Azərbaycan
Mate Parlov İdman Mərkəzi. Saat 22:15
Hakimlər: Viktor Bugenko (Moldova), Grigori Ošomkov, Jagnar Jakobson (hər ikisi Estoniya)
UEFA nümayəndəsi: Stephan Kammerer (Almaniya)