az en
News / Minifutbol turnirində finalçılar müəyyənləşib

Minifutbol turnirində finalçılar müəyyənləşib

Turnir Dərc olundu: 25.05.2024 Çap
AFFA-nın təşkilatçılığı, FIFA, UEFA, Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turniri davam edir.
Minifutbol turnirində finalçılar müəyyənləşib
Bakı Avropa Liseyi, 115, 159 və 171 nömrəli tam orta məktəblərin minifutbol meydançalarında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları baş tutub. Rəqibləri üzərində qələbə qazanan 171 və 229 nömrəli məktəblər finala yüksəliblər.
 
Oyunların nəticələrini təqdim edirik.
171 nömrəli məktəb – 276 nömrəli məktəb - 9:2
Avropa Liseyi – 229 nömrəli məktəb - 3:7
Baş Sponsor 
Partnyorlar