az en
News / “M.Y.” Yay Futbol Məktəbi üçün seçimlər başlayır

“M.Y.” Yay Futbol Məktəbi üçün seçimlər başlayır

Bakcell Dərc olundu: 01.05.2015 Çap
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlərin başladığını elan edirlər.
 
“M.Y.” Yay Futbol Məktəbi üçün seçimlər başlayır
Yay futbol məktəbini təşkil etməkdə əsas məqsəd paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarından müvəffəqiyyətlə keçən  8-12 yaş arası (2003,2004,2005,2006 və ya 2007 təvəllüd) 32 gənc iyun ayının 1-dən 6-dək Bakıda, “Bayıl Arena” stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək.
Seçimləri prosesini həyata keçirən AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçirəcəklər. Seçimlərə qatılmaq üçün heç bir ödəniş tələb olunmur.
Seçim prosesinin təqvimi aşağıda qeyd olunub:
 
Şəhər
Ünvan
Qeydiyyat tarixi və vaxtı
Seçim tarixi
Gəncə
Nizami Gəncəvi küç., 24, AFFA-nın süni örtüklü meydançası
5 may 2015-ci il,
saat 16:00
6-7 may 2015-ci il
Qax
Aydın Məmmədov küç., 42, Qax şəhər stadionu
8 may 2015-ci il,
saat 16:00
9-10 may 2015-ci il
Xaçmaz
Xaçmaz Olimpiya İdman Kompleksi
14 may 2015-ci il,
saat 16:00
15-16 may 2015-ci il
Sumqayıt
Sumqayıt FK-nın stadionu, Səməd Vurğun küç., 25
19 may 2015-ci il,
saat 16:00
20-21 may 2015-ci il
Bakı
“Bayıl Arena” stadionu, Səbail rayonu, Salyan şossesi 23, 20-ci sahə.
22 may 2015-ci il,
saat 16:00
23-24 may 2015-ci il
 
Qeydiyyatla bağlı suallar üçün əlaqə nömrələri: 0555119078, 0555119079
 
Mançester Yunayted Yay Futbol Məktəbinə seçilən uşaqların idman paltarı ilə təminatı Bakcell şirkəti tərəfindən həyata keçiriləcək. Təlimlər “Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri tərəfindən keçiriləcək. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək. Səfərlə əlaqəli xərcləri də həmçinin Bakcell şirkəti öz üzərinə görürür.
 
“İki il ərzində AFFA və Mançester Yunayted ilə birlikdə təşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbi bütün gözləntilərimizi qarşıladı. Bu layihəyə olan xüsusi marağı nəzərə alaraq məktəbin davamlı olmasını təmin etməyi özümüzə borc bildik. Bundan öncə seçimdən müvəffəqiyyətlə keçən uşaqlar Mançesterə səfər zamanı da həmçinin yüksək nəticələr nümayiş etdirdilər. Milli operator olaraq bütün bu nailiyyətləri qürur mənbəyimiz kimi qəbul edirik. Mən daxil olmaqla, bu layihənin həyata keçirilməsində rolu olan hər bir şəxs əmindir ki, Azərbaycanlı uşaqlarda olan böyük potensial gələcəkdə milli futbolun daha yüksək nəticələr əldə etməsi üçün əvəzolunmaz zəmindir” deyə Bakcell şirkətinin baş icraçi direktoru Riçard Şirer bildirib.
 
Elxan Məmmədov (AFFA-nın baş katibi): “Bakıda “Mançester Yunayted” Yay Futbol Məktəbi üçün seçim prosesi artıq ardıcıl olaraq üçüncü dəfədir ki, təşkil olunur və bu, bizi çox sevindirir. Ötən iki il ərzində bu layihə çərçivəsində görülən işlər, qeydiyyat, seçim proseslərinin və təlim-məşq toplanışının yüksək səviyyədə təşkili, uşaqların bu layihəyə böyük marağı Azərbaycanda futbolun kütləviliyi ilə bağlı görülən işlərin müsbət nəticəsidir. Bu istiqamətdə AFFA, Bakcell şirkəti və “Mançester Yunayted” Yay Futbol Məktəbinin qarşılıqlı əməkdaşlıq mühitində fəaliyyəti təqdirəlayiqdir.
Layihənin ilk ilində biri qız olmaqla 6, növbəti il isə 5 nəfər istedadlı uşaq təlim-məşq toplanışında daha yaxşı göstəricilərə malik olduğunu nümayiş etdirərək Mançester şəhərinə səfər etmək və Denston kollecində məşqlər keçmək, həmçinin “Mançester Yunayted” Futbol Akademiyası, əfsanəvi “Old Trafford” stadionu ilə tanışlıq şansı qazandılar.
İnanıram ki, budəfəki təlim-məşq toplanışı da yüksək səviyyəsi ilə diqqəti cəlb edəcək, yenə də xüsusi istedad və bacarığa malik uşaqlar Mançesterə vəsiqə qazanaraq təcrübələrini artırmaq imkanı əldə edəcəklər”.
 
***
Bakcell haqqında
 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
 
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
 
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Baş Sponsor 
Partnyorlar