az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 24.09.2024 Çap
21 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilir (maddə 37);
İntizam Komitəsinin qərarları
21 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
 
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” komandasının 7 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);
 
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail” komandasına xəbərdarlıq edilir (maddə 43.7);
 
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” komandası 700 manat cərimə edilir (maddə 37);
 
22 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VII turunun “Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” komandası 500 manat cərimə edilir (maddə 70.1);
 
21 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Neftçi-2” – “Qarabağ-2” oyununun 73-cü dəqiqəsində “Qarabağ-2” komandasının 62 nömrəli futbolçusu Zaman Zamanlı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qarabağ-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
 
22 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
 
23 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Səbail-2” – “Sabah-2” oyununun 90+2-ci dəqiqəsində “Səbail-2” komandasının 94 nömrəli futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Səbail-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
 
23 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Səbail-2” – “Sabah-2” oyununun 2-ci hissəsi “Sabah-2” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Sabah-2” komandası 150 manat cərimə edilir (maddə 60.4);
 
23 sentyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının VII turunun “Sumqayıt-2” – “Zirə-2” oyununun 34-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 64 nömrəli futbolçusu Kənan Feyziyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 41).
 
22 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Turan Tovuz” FK oyunu bitdikdən sonra “Kəpəz” PFK komandasının heyətində 37 nömrəli futbolçu Sənan Əliyev təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın.  (maddə 40.3)
 
22 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Turan Tovuz” FK qarşılaşması bitdikdən sonra “Turan Tovuz” FK komandasının heyətində 5 nömrəli futbolçu Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın.  (maddə 40.3)
 
21 sentyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Qarabağ” FK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində 24 nömrəli futbolçu İsmayıl Hüseynov qarşılaşmanın 38-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
21 sentyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Sumqayıt” FK – “Qəbələ” İK oyununda “Qəbələ” İK komandasının heyətində 7 nömrəli futbolçu Allahverdi Şirinov qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
21 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Səbail” PFK oyununda “Sumqayıt” FK komandasının heyətində 4 nömrəli futbolçu Amil Abuşov qarşılaşmanın 45-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 41)
 
21 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK – “Səbail” PFK oyununda qarşılaşmanın 72-ci dəqiqəsində “Səbail” PFK komandasının heyətində 15 nömrəli futbolçu Rail Bədəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
22 sentyabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən ASTA FK – “Şamaxı” FK oyununda ASTA FK komandasının heyətində 16 nömrəli futbolçu Nəriman Nağıyev qarşılaşmanın 88-ci dəqiqəsində simulyasiyaya görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
22 sentyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Metak” FK – “Neftçi” PFK oyunu ərzində “Metak” FK komandasının cəzalı baş məşqçisi Mehman Səfərov və Metak FK-nın nümayəndəsi Salman Səfərov yan xətt hakimini dəfələrlə təhqir etməsinə görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)
 
22 sentyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Metak” FK – “Neftçi” PFK oyununda oyun bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak” FK-ya xəbərdarlıq edilir (maddə 11).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor 
Partnyorlar