az en
News / Portuqaliya - Azərbaycan görüşünün vaxtı və stadionu açıqlanıb

Portuqaliya - Azərbaycan görüşünün vaxtı və stadionu açıqlanıb

U-21 Dərc olundu: 15.08.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.
B qrupunun I turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. 
Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Portuqaliya - Azərbaycan görüşünün vaxtı və stadionu açıqlanıb
Baş Sponsor