az en
News / Qızlar liqalarının komandaları ilə görüş keçirilib (fotolar)

Qızlar liqalarının komandaları ilə görüş keçirilib (fotolar)

AFFA, Liqalar Dərc olundu: 16.07.2025 Çap
AFFA-nın təşkil etdiyi Qızlar liqalarının 2025/2026-cı illər mövsümündə iştirak edəcək komandalarının nümayəndələri və məşqçiləri ilə görüş keçirilib.
Qızlar liqalarının komandaları ilə görüş keçirilib (fotolar)
AFFA-nın inzibati binasında baş tutan görüşdə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının növbəti mövsümü ilə bağlı ümumi məlumat verilib. Milli komandaların məşqçilərinin də qatıldığı toplantıda yeni mövsümlə əlaqədar fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ötən mövsüm liqalar U-13, U-15, U-17 və Yüksək Qızlar Liqası adı altında keçirilirdi. Növbəti mövsümdən yaş qrupları U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası olacaq.
 
Baş Sponsor