az en
News / Rəşad Eyyubov: "Bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı"

Rəşad Eyyubov: "Bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı"

U-21 Dərc olundu: 14.10.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Şotlandiya yığması ilə keçirilən oyundan (3:3) sonra fikirlərini bildirib:
Rəşad Eyyubov: "Bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı"
"Bu çox çətin oyun idi. İlk növbədə, üç gündən bir oynamaq fiziki cəhətdən çox ağırdır, amma biz futbolçuları oyuna yaxşı tonusda gətirə bildik.
Oyuna dair planımız işlədi — biz rəqibi yaxşı tanıyırdıq və bizi nə gözlədiyini bilirdik. Şotlandiyaya qarşı 3 qol vurduq, bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı. Təəssüf ki, bir qolu rikoşetdən, digərlərini isə standart vəziyyətlərdən buraxdıq. Mən sevinirəm ki, komanda Çexiyaya məğlubiyyətdən sonra düzgün reaksiya göstərdi, amma eyni zamanda çox məyusam, çünki qələbəni son dəqiqələrdə əldən verdik".

Qeyd edək ki, U-21 qrupda növbəti matçını noyabrın 18-də səfərdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.
Baş Sponsor