az en
News / Millimiz heç-heçə edib

Millimiz heç-heçə edib

U-21 Dərc olundu: 14.10.2025 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü oyununa çıxıb. B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüş 3:3 hesabı ilə bitib. Qeyd edək ki, U-21 qrupda növbəti matçını noyabrın 18-də səfərdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.
Millimiz heç-heçə edib
Baş Sponsor