az en
News / “Təhsil” U-13 qızlar Liqasının qalibi olub (fotoreportaj)

“Təhsil” U-13 qızlar Liqasının qalibi olub (fotoreportaj)

U-13 Qızlar Liqası Dərc olundu: 25.04.2016 Çap
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 qızlar Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.
 
 
“Təhsil” U-13 qızlar Liqasının qalibi olub (fotoreportaj)
Liqanın final oyununda "Təhsil" və "Babadağ" komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, qalibin adı penalti seriyasında müəyyənləşib.  Zərbələri daha dəqiq yerinə yetirən “Təhsil” rəqibini 5:4 hesabı ilə məğlub edib və U-13 qızlar Liqasının qalibi olub. Üçüncü yer uğrunda keçirilən oyunda “Vətən”lə qarşılaşan “Şəki” rəqib qapısından 2 cavabsız top keçirib. 
Final oyunundan sonra Binə stadionunda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Liqanın bombardiri rəqib qapılarından 79 qol keçirmiş "Sumqayıt" komandasının üzvü Jalə İldırımova olub. "Şəki" komandasının futbolçusu Nahidə Məmmədova isə liqanın ən yaxşı oyunçusu seçilib.
 
Baş Sponsor