az en
News / U-17-nin seçmə mərhələ oyunlarına hakim təyinatları

U-17-nin seçmə mərhələ oyunlarına hakim təyinatları

Milli komandalar, U-17 Dərc olundu: 24.09.2025 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb. 9-cu qrupda yer alan U-17 Fransada təşkil olunacaq matçlarda meydan sahibləri ilə yanaşı, İsrail və Rumıniya yığmaları ilə qarşılaşacaq.
U-17-nin seçmə mərhələ oyunlarına hakim təyinatları
8 oktyabr
 
Fransa (U-17) - Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
 
11 oktyabr
 
İsrail (U-17) - Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
 
14 oktyabr
 
Azərbaycan (U-17) – Rumıniya (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
Baş Sponsor