az en
News / U-17 (Qadınlar) ilk yoxlama oyununu keçirib

U-17 (Qadınlar) ilk yoxlama oyununu keçirib

U-17 (qızlar) Dərc olundu: 07.02.2025 Çap
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
U-17 (Qadınlar) ilk yoxlama oyununu keçirib
U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 35-ci dəqiqədə Aylin Kərimova vurub. Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 10-da baş tutacaq.
Baş Sponsor