az en
News / U-19 (Qadınlar) Zəfər Muzeyini ziyarət edib (fotolar)

U-19 (Qadınlar) Zəfər Muzeyini ziyarət edib (fotolar)

U-19 (qızlar) Dərc olundu: 21.11.2025 Çap
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Zəfər Muzeyini ziyarət edib.
U-19 (Qadınlar) Zəfər Muzeyini ziyarət edib (fotolar)
Ziyarətin əsas məqsədi komanda üzvlərində vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc futbolçuların ölkəmizin tarixi zəfər yolu barədə daha əhatəli şəkildə məlumatlandırılması və milli dəyərlərə bağlılığın artırılması olub.
Muzeydə nümayiş etdirilən eksponatlar, qəhrəmanlıq salnaməsini əks etdirən interaktiv guşələr və tarixi faktlar idmançılar tərəfindən böyük maraqla qarşılanıb. Komanda üzvləri Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət kəsb edən Zəfər yolunu bir daha xatırlamaq imkanı əldə ediblər.
AFFA-nın qadın futbol departamentinin rəhbəri Zümrüd Ağayeva bildirib ki, hər bir milli komanda üzvündə vətən sevgisinin, məsuliyyət hissinin və Azərbaycanın adını yüksəkdə tutmaq əzminin gücləndirilməsi əsas prioritetlərdəndir.
Komandamızın baş məşqçisi Həbib Ağayev bu kimi ziyarətlərin gənc futbolçuların həm mənəvi inkişafına, həm də idman motivasiyasına müsbət təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, qadınlardan ibarət U-19 millimiz noyabrın 22-dən dekabrın 2-dək Şimali Makedoniyanın Strumitsa şəhərində Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. B Liqasının 5-ci qrupunda yer alan millimiz Sloveniya, Şimali Makedoniya və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə mübarizə aparacaq.
Baş Sponsor