az en
News / U-19 seçmə mərhələdə ilk oyununu keçirib

U-19 seçmə mərhələdə ilk oyununu keçirib

U-19 Dərc olundu: 12.11.2025 Çap
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb. 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
U-19 seçmə mərhələdə ilk oyununu keçirib
“Centenary” stadionunda təşkil olunan görüş Çexiya seçməsinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
Baş Sponsor