az en
News / UEFA-dan Kamal Umudluya növbəti təyinat

UEFA-dan Kamal Umudluya növbəti təyinat

Hakimlər Dərc olundu: 22.07.2025 Çap
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
UEFA-dan Kamal Umudluya növbəti təyinat
K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
İyulun 29-da Tbilisi şəhərində yerləşən Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Baş Sponsor