az en
İctimaiyyət / Gülyana Güvəndiyeva

Gülyana Güvəndiyeva
1988-05-29

Qadın futbolu üzrə FİFA referi köməkçi
29 may 1988-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olub.
Ali təhsillidir. 2006 - 2011-ci ildə ADBTİA-da təhsil almışdır.
Futbolçu karyerasına 2002-ci ildə Nizami bələdiyyəsi komandasında başlamışdır. 2004-cü ildə Ruslan – 93 komandasında çıxış etmişdir.
Qadınlardan ibarət Azərbaycan milli yığma komandasının heyətində beynəlxalq turnirlərdə iştirak etmişdir.
2007-ci ildən hakimlik fəaliyyətinə başlamışdır. Əvəzedici heyətlərin, I divizion komandalarının iştirakı ilə keçirilən oyunlarda, eləcə də qadınlar arasında Azərbaycan çempionatının oyunlarında referi köməkçisi kimi oyunlara təyinat alır.
2012-cü ildən FİFA referi köməkçisidir.
4 dəfə beynəlxalq oyunlarda baş hakim köməkçisi olub
Hal – hazırda 220 N-li məktəbdə fiziki tərbiyə üzrə baş müəllimdir.
 
Baş Sponsor 
Proyekt Partnyorları