az en
News / “Millimiz maraqlı qrupda yer alıb”

“Millimiz maraqlı qrupda yer alıb”

Rövnəq Abdullayev Dərc olundu: 25.07.2015 Çap
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub.
 
“Millimiz maraqlı qrupda yer alıb”
Tədbirdə iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının mübarizə aparacağı qrupla bağlı affa.az saytına fikirlərini bildirib: “Milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını düşünürəm. San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.
 
Baş Sponsor 
Partnyorlar