17 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – “Kəpəz” matçının 82-ci dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan Da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
17 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XIV turunun “Qarabağ” – “İnter” matçının 85-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62).
16 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Qarabağ” – “İnter” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
21 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 64-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
21 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
21 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
16 dekabr 2016-cı il Bakcell U-17 Liqasında “Səbail” – “Vətən” matçının 77-ci dəqiqəsində “Vətən” klubunun 7 №-li futbolçusu Şakir Seyidov rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3). Oyunun 88-ci dəqiqəsində “Vətən” klubunun məşqçisi Alim Qurbanov oyunun hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
16 dekabr 2016-cı il Bakcell U-17 “Rəvan”(Bakı) – “Zirə” (Bakı) matçının 48-ci dəqiqəsində “Zirə” klubunun 5 №-li futbolçusu Bek Nəsrullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 82-ci dəqiqəsində “Rəvan” klubunun 15 №-li futbolçusu Toğrul Bağırzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 dekabr 2016-cı il Bakcell U-17 Liqasında “Neftçi” İK İB – “İnter” PFK matçının 68-ci dəqiqəsində “İnter” klubunun 19 №-li futbolçusu Elvin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
19 dekabr 2016-cı il Bakcell U-17 Liqasında “Zirə” – “Neftçi” İK. İB matçının 75-ci dəqiqəsində “Neftçi” İK. İB klubunun 4 №-li futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
18 dekabr 2016-cı il Boulevard otel U-15 Liqasında “Zirə” PFK – “İnter” PİK matçının 64-cü dəqiqəsində “İnter” PİK klubunun 5 №-li futbolçusu Ramin Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 69-cu dəqiqəsində “İnter” PİK klubunun 17 №-li futbolçusu Şirin Şirinov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 69-cu dəqiqəsində “Zirə” PFK klubunun 1 №-li futbolçusu Mirmahir Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
11 dekabr 2016-cı il Boulevard otel U-15 Liqasının “Şəmkir” – “Qarabağ” FK matçında “Şəmkir” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
11 dekabr 2016-cı il Boulevard otel U-15 Liqasında AZAL PFK – “Mil-Muğan” (İmişli) matçının 65-ci dəqiqəsində “Mil-Muğan” klubunun 16 №-li futbolçusu Tural Qasımlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 65-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Simar Ağacanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
18 dekabr 2016-cı il Boulevard otel U-15 Liqasında “Kəpəz” PFK – AZAL PFK matçının 55-ci dəqiqəsində AZAL PFK klubunun 7 №-li futbolçusu Xanov Qeleqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
17 dekabr 2016-cı il U-14 Liqasında “Qəbələ” İK – “Təhsil” FM (Bakı) matçının 30-cu dəqiqəsində “Qəbələ” İK klubunun 10 №-li futbolçusu Taleh Qarayev rəqibi bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
17 dekabr 2016-cı il U-14 Liqasında “Neftçi” PFK – “İnter” PİK matçının 34-cü dəqiqəsində “İnter” PİK klubunun 2 №-li futbolçusu Kamil Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
17 dekabr 2016-cı il U-12 Liqasında TİM (Gəncə) – “Kəpəz” (Gəncə) matçının 16-cı dəqiqəsində TİM klubunun məşqçisi Xəqani Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan uzaqlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
17 dekabr 2016-cı il U-11 Liqasının “Bakı” FK – “Neftçi” İK. İB matçında “Bakı” FK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
18 dekabr 2016-cı il U-11 Liqasının “Gənclik” UGİM (Gəncə) – “Azəri” TİM (Gəncə) matçında “Gənclik” UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
18 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku-Fire-2” – “Bayker” matçının 49-cu dəqiqəsində “Bayker” klubunun 13 №-li futbolçusu Fuad Rzayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 50-ci dəqiqəsində “Bayker” klubunun 21 №-li futbolçusu Emin Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.5).