HYUNDAI

AFFA-nın əsas partnyorlarından biri dünya avtomobil sənayesinin nəhənglərindən olan Hyundai brendidir. Hər zaman idmana, xüsusilə futbol idman növünə dəsətək olan HYUNDAI, futbol üzrə “A MİLLİ” yığma komandasının rəsmi tərəfdaşı olmaqla Milli komandamızı dəstəkləyir və ölkə futbolunun inkişafına töhfəsini verir. Hyundai markasının adı qlobal səviyydə də futbolla bir çəkilir  - Hyundai həm də FIFA-nın rəsmi tərəfdaşıdır.

2013-cü ilin aprelində Auto-Azerbaijan-la tərəfdaşlıq haqqında saziş imzalandı və bununla da futbol üzrə “A MİLLİ” yığma komandasının rəsmi avtomobilinə çevrildi.  Hyundai Azərbaycan futbolunu mənən dəstəklədiyini bildirməklə yanaşı, onun hərəkətverici qüvvəsinə çevrilib. AFFA parkı tamamilə Hyundai avtomobilləri ilə təchiz olunub. İdarə heyətinə xidmət edən yüksək sinif Hyundai avtomobillərindən başqa, Hyundai avtobus və minivenləri də Azərbaycan futbolunun sərəncamındadır.