az en

Könül Mehdiyeva

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Unviersitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsi alıb. 
UEFA Postgraduate Certificate in Football Management (UEFA-nın IDHEAP Swiss Graduate School of Public Administration (İsveçrənin dövlət idarəetmə məktəbinin birgə həyata keçirdiyi təhsil proqramı)
 
UEFA Women’s in Football Leadership Programme certificate (UEFA-nın IMD Business School (İsveçrənin Beynəlxalq İdarəetmənin İnkişaf  İnstitutu) ilə birgə həyata keçirdiyi təhsil proqramı) – kurslarında iştirak edib. Həmçinin FİFA və UEFA-nın çoxsaylı müxtəlif mövzularda keçirilən (qadın futbolunun, kütləvi futbolun inkişafı, marketinq, irimiqyaslı tədbirlərin keçirilməsi və s.) seminarlarının iştirakçısı olub.
2002-2007-ci illərdə AFFA-da (Baş katibliyin sənədlərin hazırlanması və daxil olan sənədlərin cavablandırılması) çalışıb. 2007-ci ildən isə Beynəlxalq Əlaqələr Departamentində beynəlxalq futbol qurumları (FİFA, UEFA və digər Konfederasiyalar və beynəxalq futbol təşkilatları) və FİFA və UEFA-ya üzv assosiasiyaları ilə kommunikasiya, FİFA və UEFA tərəfindən həyata keçirilən müxtəlif layihələrin həyata keçirilməsi, kurasiyası və hesabatı, müxtəlif beynəlxalq qurumlar (UNİCEF, Avropa Birliyi, Avropa Şurası və digər) ilə birgə həyata keçirilən layihələrin kurasiyası, AFFA-nın keçirdiyi beynəlxalq tədbirlərin sifariş kitablarının hazırlanmasının koordinasiyası və tədbirlər keçirildiyi zaman müəyyən sahələrin kurasiyası (2012 FİFA U-17 Qadınlararası Dünya Çempionatı, 2016 UEFA U-17 Avropa Çempionatı, 2019 UEFA Avropa Liqasının final oyunu, UEFA AVRO 2020), 2020-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq əlaqələrin kurasiyasına nəzarət edir.
2015-ci ildən (UEFA-nın ən yüksək qərar qəbul edən nümayəndəsi, oyun və turnirlərin UEFA və FİFA-nın tələb və nizamnamələrinə uyğun olaraq keçirilməsi) - UEFA tərəfindən təşkil edilən 50-dən çox oyun və turnirlərə, o cümlədən UEFA Çempionlar və Avropa Liqasının seçmə və qrup mərhələsi, FİFA Dünya Çempionatının və UEFA Avropa Çempionatının seçmə mərhələsi, UEFA Millətlər Liqasının seçmə mərhələsi, UEFA U-19 və U-17 Avropa Çempionatlarının Elit və seçmə mərhələsi turnirləri, UEFA Qadınlardan ibarət Çempionlar Liqasının yarımfinal və Final oyunlarına UEFA nümayəndəsi kimi təyinat alır.
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları