az en
Bizim prioritetlər / Futbolda sosial məsuliyyət / Millinin üzvləri uşaq və qocalar evində olublar

Millinin üzvləri uşaq və qocalar evində olublar

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts, köməkçiləri Uli Ştayn, Olef Yansen, komandanın üzvləri Rəşad Sadıqov, Mahir Şükürov, Aqil Nəbiyev, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov və Ruslan Abışov, həmçinin AFFA-nın əməkdaşları Nəsimi rayonundakı 1 saylı körpə uşaq evi, Buzovnadakı 9 saylı ruhi-əsəb, əlil və qocalar evi, Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionat və Şüvəlanda yerləşən 2 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbini ziyarət ediblər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu, milli komandanın baş administratoru İslam Abbasov və komandanın üzvləri çıxış edərək hər zaman onlara mənəvi dəstək olmağa çalışdıqlarını deyib, millinin üzvlərinin iştirakı ilə belə tədbirlərin artıq ənənəvi hal aldığını vurğulayıblar. Uşaq evlərinin, habelə müharibə və əmək əlilləri üçün pansionatın rəhbərliyi qayğıya ehtiyacı olan insanları ziyarət edib sevindirdikləri üçün AFFA-ya və Azərbaycan milli komandasına təşəkkür ediblər.
Sonda milli komanda tərəfindən alınmış hədiyyələr təqdim olunub.
Qeyd: Tədbirdən hazırlanmış videomateriala affavideo.az saytında baxa bilərsiniz.
 
Baş Sponsor