az en

201 saylı orta məktəb

2009-cu il noyabrın 4-də 201 saylı orta məktəbdə «Məktəblərdə futbol dərsi» layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və 201 saylı məktəbin direktoru Süsən Salmanova çıxış edərək uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
 
AFFA tərəfindən məktəb üçün aşağıdakı ləvazimatlar verilmişdir:
 Uşaqlar üçün idman geyimləri, dəftərlər, qələmlər  və dərs keçmək üçün bütün lazımi avadanlıqlar.
Futbol dərsləri V, VI və VII sinif şagirlərinə tədris olunacaq. Bu isə öz növbəsində 18 sinif və 413 şagird deməkdir. 413 şagirdin 201-i oğlan, 212-si isə qızdır.
Beləliklə, artıq 3 məktəb 239, 240 və 201 №-li məktəblərdə 1065 şagirdə futbol dərsi tədris olunur.
 
Baş Sponsor 
Partnyorlar