az en

240 saylı orta məktəb

2009-cu il oktyabrın 23-də Nəsimi rayonundakı 240 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində «Məktəblərdə futbol dərsi» layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və 240 saylı məktəbin direktoru Esmira Məmmədova çıxış edərək uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
 
AFFA tərəfindən məktəb üçün aşağıdakı ləvazimatlar verilmişdir:
Uşaqlar üçün idman geyimləri, dəftərlər, qələmlər, və dərs keçmək üçün bütün lazımi avadanlıqlar.
Futbol dərsləri V, VI və VII sinif şagirlərinə tədris olunacaq. Bu isə öz növbəsində 15 sinif və 325 şagird deməkdir. 325 şagirdin 170-i oğlan, 155-i isə qızdır
Beləliklə, artıq 2 məktəbdə - 239 və 240 № -li məktəblərdə 652 şagirdə futbol dərsi tədris olunur.
 
Baş Sponsor 
Partnyorlar