az en
Bizim prioritetlər / Kütləvi futbol / Məktəblərdə futbol dərsi / “Məktəblərdə futbol dərsi” turnirinə yekun vurulub - 17.05.2019

“Məktəblərdə futbol dərsi” turnirinə yekun vurulub - 17.05.2019

AFFA və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində qızlardan və oğlanlardan ibarət komandalar arasında təşkil edilən turnirə yekun vurulub.
ASCO Arenada təşkil edilən final mərhələsinin oyunları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Təhsil Nazirliyinin məktəbdən kənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Azərbaycan milli komandasının sabiq üzvü, veteran futbolçu Aslan Kərimov təqdim ediblər.
Qızların yarışında turnirin ən yaxşı oyunçusu Gülyaz Məmmədova (Şəki şəhər 3 saylı orta məktəb), ən yaxşı qapıçısı Nuray Muxtarova (299 saylı orta məktəb), ən yaxşı baş məşqçisi isə Rəşadət Cədərov (Şəki şəhər 3 saylı orta məktəb) seçilib. Fair Play mükafatı 239 saylı orta məktəbin komandasının üzvü Şəbnəm Cəfərovaya təqdim edilib. Şəki komandasının üzvü Pərişan Abdullayeva 9 qolla mövsümün ən məhsuldar oyunçusu olub. 239 və 299 saylı məktəbin komandaları müvafiq olaraq üçüncü və ikinci pillələri tutub. Şəki şəhər 3 saylı orta məktəbin komandası isə qalib olub.
Oğlanların turnirində Amin Əliyev (236 saylı orta məktəb) ən yaxşı oyunçu, İsmayıl Həsənov (Şəki şəhər 3 saylı orta məktəb) ən yaxşı qapıçı, Azad Mütəllimov isə (Sumqayıt şəhər 11 saylı orta məktəb) ən yaxşı baş məşqçi seçilib. Fair Play mükafatı Gəncənın 3 saylı orta məktəb komandasının üzvü Canpolad Bəhramova təqdim edilib. Sumqayıtın 11 saylı orta məktəbinin komandasının üzvü Emin Feyzullayev 14 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Gəncənin 3 və Bakının 236 saylı orta məktəbinin komandaları müvafiq olaraq üçüncü və ikinci yeri tutub. Qalib isə Sumqayıtdakı 11 saylı məktəbin komandası olub. İlk 3 yeri tutan komandalara bürünc, gümüş və qızıl medallar, diplomlar və kubok təqdim edilib.
 
 
 
 
 
 
Baş Sponsor 
Partnyorlar