az en

A KATEQORİYALI MƏŞQÇİ KURSLARI

Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasını almaq istəyən mütəxəssislər üçün kurslar başlayıb. Tədbiri AFFA-nın baş katibi Elxan Məmmədov açaraq iştirakçıları salamlayıb. Baş katib analoji kursların ötən il də Bakıda müvəffəqiyyətlə keçirildiyini qeyd edib və AFFA rəhbərliyi adından məşqçilərə uğurlar arzulayıb.Üç həftə ərzində keçiriləcək kurslara almaniyalı mütəxəssislər Erix Rutemöller və Rayner Kraft rəhbərlik edəcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları