az en
Bizim prioritetlər / Təhsil / PRO İMTAHANLARI / PRO kateqoriyalı məşqçi kursları -İyun, 2011

PRO kateqoriyalı məşqçi kursları -İyun, 2011

İyunun 27-dən etibarən Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi start götürüb. İsveçrəli mütəxəssis Frits Şmidin rəhbərlik etdiyi kursların bu mərhələsində yüksək səviyyəli futbolda müasir tələblər, koordinasiya, sürət, güc, partlayışlı güc, dözümlülük, bərpa, reabilitasiya, zədələrə qarşı profilaktika və qidalanma mövzularında məşğələlər keçiriləcək. Kursların bu mərhələsi iyulun 2-də yekunlaşacaq.
Qeyd edək ki, UEFA-nın Pro kateqoriyalı məşqçi kursları Azərbaycanda ilk dəfə keçirilir.
Baş Sponsor 
Partnyorlar