az en
News / 1/4 final mərhələsinə həsr olunmuş açıq hava tamaşası

1/4 final mərhələsinə həsr olunmuş açıq hava tamaşası

Avro-2020 Dərc olundu: 01.07.2021 Çap
İyulun 1-də və 2-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq hava teatrı təşkil olunacaq. 
 
1/4 final mərhələsinə həsr olunmuş açıq hava tamaşası
Tamaşanın nümayişində məqsəd Avro-2020 həyəcanını  fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır.
Tamaşada danimarkalı yazıçı, “böyük nağılbaz” Hans Xristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən “Düyməcik” və “Qar kraliçasi” əsərlərindən hissələr nümayiş olunacaq. Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandıracaq.
İyulun 1-də və 2-də saat 21:00-da başlayacaq tədbir saat 23:00-a qədər davam edəcək.
Tamaşaya giriş ödənişsiz olacaq.
 
Baş Sponsor 
Partnyorlar