az en
News / “A” və “Pro” lisenziyasının yenilənmə kursu keçiriləcək

“A” və “Pro” lisenziyasının yenilənmə kursu keçiriləcək

Məşqçi kursları Dərc olundu: 21.11.2025 Çap
Noyabrın 28-dən 29-dək AFFA tərəfindən Bakıda UEFA-nın “A” və “Pro” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.
“A” və “Pro” lisenziyasının yenilənmə kursu keçiriləcək
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
 
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
 
Kursda iştirak üçün ödənişin məbləği:
 
- A lisenziya üçün 500 manat
- Pro lisenziya üçün 700 manat
Ödəniş köçurmə yolu ilə aparıla bilər.
 
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər noyabrın 27 saat 16:00-dək qəbul olunacaq.
Baş Sponsor