az en
News / “D” kateqoriyalı məşqçi kursları keçiriləcək

“D” kateqoriyalı məşqçi kursları keçiriləcək

Məşqçi kursları Dərc olundu: 02.03.2026 Çap
UEFA-nın “HatTrick” proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 17-19 mart 2026-cı il tarixlərində ümumilikdə 3 günü əhatə edəcək “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.
“D” kateqoriyalı məşqçi kursları keçiriləcək
Kurs zamanı dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olmaqla AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən Bayıl stadionunda baş tutacaq.
Kursda iştirak etmək ödənişsizdir. İştirak etmək istəyən 16 yaşına çatmış şəxslər 06.03.2026-cı il tarixinədək aşağıda qeyd olunan linkə keçid edərək anketi doldura bilərlər.
Kurslara iştirak haqqı qazanmış şəxslərə 10.03.2026-cı il tarixindən etibarən bu barədə geridönüş ediləcək.
Qeydiyyatdan keçmək üçün link: https://bit.ly/dkursu2026-2
Baş Sponsor