az en
News / AFFA ilə FİFA arasında lisenziya müqaviləsi imzalanıb

AFFA ilə FİFA arasında lisenziya müqaviləsi imzalanıb

AFFA Dərc olundu: 14.01.2026 Çap
AFFA Azərbaycan futbolunun beynəlxalq imicini artırmaq məqsədi ilə FİFA ilə lisenziya müqaviləsi imzalayıb.
AFFA ilə FİFA arasında lisenziya müqaviləsi imzalanıb
Saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, Yüksək Qızlar Liqasının hər turdan seçilmiş iki matçı, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir. Qarşılıqlı razılaşma əsasında əlavə yarışlar da daxil edilə bilər.
Seçilmiş məzmun Azərbaycan futbolunun beynəlxalq rəqəmsal mövcudluğunu daha da gücləndirmək və AFFA-nın qlobal əhatə dairəsini genişləndirmək səylərini dəstəkləmək üçün FİFA-nın rəsmi yayım xidməti olan FIFA+-da təqdim oluna bilər.
 
Əldə olunmuş razılığa əsasən, hər həftə seçilmiş oyunlar platformada göstəriləcək. Bu həftəsonu AFFA Yüksək Qızlar Liqasının XII turu çərçivəsində “Təhsil” – “Sumqayıt” (17 yanvar) və “Şəfa” – “Sabah” (18 yanvar) qarşılaşması yayımlanacaq. Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:
 
Baş Sponsor