az en
News / AFFA-nın baş katibi FIFA-da görüşlər keçirib (fotolar)

AFFA-nın baş katibi FIFA-da görüşlər keçirib (fotolar)

AFFA Dərc olundu: 09.04.2025 Çap
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
AFFA-nın baş katibi FIFA-da görüşlər keçirib (fotolar)
C.Fərəcullayev FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.
 
 
Baş Sponsor