AFFA-nın inkişaf strategiyası ilə əlaqədar növbəti görüşlər keçirilib.
Yeni strategiya ilə bağlı “Double Pass” və “McKinsey” şirkətlərinin nümayəndələri ilə bu həftə Bakıda görüşlər təşkil olunub. Həmin şirkətlərin təmsilçiləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan İdman Akademiyası, I və II Liqa klublarının nümayəndələri, eləcə də AFFA-nın departamentləri ilə fikir mübadiləsi aparıb, məlumatların toplanma prosesini həyata keçiriblər.
“Double Pass” şirkəti, eyni zamanda, “Sabah” klubunun akademiyasında (ASK Arena) bir neçə görüş keçirib, məşq prosesləri ilə tanış olub.
Cari vəziyyətlə bağlı toplanmış məlumatlar və öncə yığılmış təklifləri nəzərə alaraq, şirkətlər tərəfindən strategiyanın ilkin versiyasının hazırlanma prosesi başlanıb.