az en
News / AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb

AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb

AFFA Dərc olundu: 29.07.2024 Çap
29 iyul 2024-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
AFFA-nın prezidenti Rövşən Nəcəf FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb
Görüşdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.
Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.
Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Baş Sponsor 
Partnyorlar