Azərbaycan futbolunda region əsaslı inkişaf modelinin gücləndirilməsi məqsədilə I Liqa klublarının akademiyalarına və II Liqa təmsilçisi “Sheki City” futbol klubuna səfərlər həyata keçirilib. Səfərlər çərçivəsində akademiyaların mövcud vəziyyəti yerində qiymətləndirilib, rəhbərlik və məşqçi heyətləri ilə geniş və strukturlaşdırılmış müzakirələr aparılıb.
I Liqa klublarının region futbolunun inkişafında mühüm rol oynamaq potensialının konkret mexanizmləri müəyyən edilməyə çalışılıb. Mövcud çətinliklərə baxmayaraq, bu klublar yerli istedadların aşkar olunması və formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyırlar.
Səfərlər zamanı aşağıdakı struktur xüsusiyyətləri müşahidə olunub:
• Bəzi klublarda infrastruktur mövcuddur, lakin uzunmüddətli inkişaf vizyonu və mərhələli planlaşdırma mexanizmləri yetərli səviyyədə qurulmayıb.
• Digər klublarda aydın inkişaf baxışı formalaşsa da, maddi-texniki baza və təşkilati resurslar həmin baxışın tam reallaşdırılmasına imkan vermir.
Klublarlar aparılan müzakirələr konkret məsələlər üzərində qurulub və növbəti addımlar üzrə qarşılıqlı razılıq əldə edilib.
Razılaşdırılan istiqamətlərə daxildir:
• “Şimal” FK ilə konkret toplanmış məlumatlara əsaslanan ehtiyacların təhlili işinin həyata keçirilməsi və bunun əsasında strukturlaşdırılmış inkişaf planının hazırlanması;
• “Mingəçevir” FK rəhbərliyi ilə akademiyanın mərhələli qurulması prosesi üzrə institusional modelin formalaşdırılması və idarəetmə mexanizmlərinin sistemləşdirilməsi;
• “Zaqatala” FK tərəfindən planlaşdırılan akademiya restrukturizasiya prosesinə metodiki və struktur dəstək mexanizmlərinin təmin edilməsi;
Qeyd edək ki, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesi çərçivəsində I Liqanın digər klublarına da ziyarətlər təşkil ediləcək.