az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 10.12.2025 Çap
02.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
AFFA İntizam Komitəsinin qərarları
02.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
 
02.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal kubokda ilk dəfə yaşandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
 
03.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
03.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sabah” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
 
03.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
04.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Difai” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
04.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal  cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin. Stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən qarşılansın (maddə 86.3);
 
09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7)
 
09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “İmişli” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
07.12.2025-ci il tarixində II Liqada XII turun “Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
08.12.2025-ci il tarixində II Liqada XII turun “Quba” – “Xankəndi” oyununda “Xankəndi” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Xankəndi” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
09.12.2025-ci il tarixində II Liqada XII turun “Şirvan” – “Ağdaş” oyununda “Şirvan” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
09.12.2025-ci il tarixində II Liqada XII turun “Kür-Araz” – “Göygöl” oyununun 87-ci dəqiqəsində “Kür-Araz” komandasının 8 nömrəli futbolçusu Cavidan Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
09.12.2025-ci il tarixində II Liqada XII turun “Kür-Araz” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
07.12.2025-ci il tarixində Əvəzedicilər liqasında XIII turun “Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
08.12.2025-ci il tarixində Əvəzedicilər liqasında XIII turun “Kəpəz-2” – “Şamaxı-2” oyununun 69-cu dəqiqəsində “Şamaxı-2” komandasının 24 nömrəli futbolçusu Sənan Muradlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 100 manat cərimə edilsin (maddə 46)
 
08.12.2025-ci il tarixində Əvəzedicilər liqasında XIII turun “Kəpəz-2” – “Şamaxı-2” oyununda əvəzetmə tabloları işləmədiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilsin (maddə 56.2);
 
06.12.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Araz-Naxçıvan PFK-Liman FK” oyununun 91-ci dəqiqəsində Araz-Naxçıvan PFK komandasının №16 oyunçusu Fidan Abdulrəhmanova təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
06.12.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Araz-Naxçıvan PFK-Liman FK” oyununun 91-ci dəqiqəsində isə “Liman FK” komandasının №5 futbolçusu Aysel Cumayeva təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
06.12.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Zaqatala PFK-Qəbələ İK” oyununun 33-cü dəqiqəsində Zaqatala PFK komandasının №10 oyunçusu İntizar Mirzəyeva təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
06.12.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Zaqatala PFK-Qəbələ İK” oyununun 33-cü dəqiqəsində isə “Qəbələ İK” komandasının №7 futbolçusu Zəhra Rzayeva təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
07.12.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Sumqayıt FK-Dirçəliş FK” oyununun 84-cü dəqiqəsində Dirçəliş FK komandasının №9 oyunçusu Vahidə Əlipaşayeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
6 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Aran FK(Beyləqan)-Mil (Beyləqan) oyununda Aran FK(Beyləqan) komandasının heyətində N99 futbolçu Əhəd Əsədli qarşılaşmanın 72-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
6 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan Ağsu Siti-Olimpik Sabirabad oyunu Ağsu Siti komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ağsu Siti komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
7 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Zəfər 44-Lənkəran FK oyununda Lənkəran FK komandasının heyətində N90 futbolçu Səlim Alıyev qarşılaşmanın 76-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
6 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Viləş PFK-Salyan OİK oyununda Salyan OİK komandasının heyətində N52 futbolçu Alim Məlikov qarşılaşmanın 90+4-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
30 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Qaradağ Şıxlar FK-Marafon İK oyununda Qaradağ Şıxlar FK komandasının heyətində N23 futbolçu Fərid Güləliyev qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
7 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Qobu PFK-Əmirli FK oyununda Əmirli FK komandasının heyətində N4 futbolçu Rafət Sadıqov qarşılaşmanın 87-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46).
 
6 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan Lokomotiv Baku-Crystal FC oyunu ev sahibi komandası tərəfindən təhlükəsizlik (polis) təmin edilmədiyinə görə baş tutmadığı üçün Lokomotiv Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
 
7 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Araz(İmişli) oyununda Araz(İmişli) komandasının heyətində N5 futbolçu İlkin Hüseynli qarşılaşmanın 78-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
6 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Qarabağ FK oyununun hissələrarası fasiləsində  Sumqayıt FK komandasının rəsmisi Vüsal Əsədov hakimə qeyri-etik jest göstərdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
5 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Araz Naxçıvan PFK oyununda Kəpəz PFK komandasının heyətində N15 futbolçu Elxan Məmmədov qarşılaşmanın 66-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
7 dekabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-European Football Academy oyununda Neftçi PFK komandasının heyətində N9 futbolçu İlham Qubadov qarşılaşmanın 72-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi yumruqla vurduğuna) qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
7 dekabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Neftçi PFK-European Football Academy oyununda qarşılaşmanın 72-ci dəqiqəsində European Football Academy komandasının heyətində N6 futbolçu Raul Əsgərov rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
6 dekabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Qarabağ FK-Ulduz Futbol Akademiyası oyununda Ulduz Futbol Akademiyası komandasının geyim meneceri Qədir Əliyev qarşılaşmanın 72-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
7 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Sumqayıt FK-Neftçi İK İB oyununda Sumqayıt FK komandasının heyətində N3 futbolçu Kənan Həsənli qarşılaşmanın  80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
7 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan, lakin baş tutmayan Ələt FK-Həkəri(Qubadlı) oyunu yenidən keçirilsin. (Maddə 99, 94)
 
6 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Lamasya Baku-Record Club oyunu Record Club komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Record Club komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
6 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Zirə PFK-Alanyaspor Baku oyunu Alanyaspor Baku komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Alanyaspor Baku komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
7 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Hindarx(Ağcabədi)-Məhsul(Zərdab) oyunu bitdikdən sonra Məhsul(Zərdab) komandasının heyətində protokolda adı qeyd edilməyən və lisenziyası olmayan futbolçu aşkarlandığı üçün Məhsul(Zərdab) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
 
7 dekabr 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Şimal RFF-Ələt FK oyunu Ələt FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ələt FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
27.11.2025-ci il tarixində keçirilməli olan futzal üzrə Birinci Liqanın Yeni Suraxanı – Baku Fire-2 oyunu Yeni Suraxanı təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Yeni Suraxanı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor