az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 19.12.2025 Çap
18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
AFFA İntizam Komitəsinin qərarları
18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun “Sabah” – “Qarabağ” oyununun 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);
 
18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);
 
18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun “Sabah” – “Qarabağ” oyununa “Qarabağ” komandasının təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ” komandasına xəbərdarlıq edilsin (maddə 20);
 
15.12.2025-ci il tarixində II Liqada keçirilməli olan XIII turun “Qaradağ Lökbatan” – “Sheki City” oyununa “Sheki City” komandası gəlmədiyinə görə matç baş tutmadığı üçün “Sheki City” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda 1000 manat cərimə edilsin (maddə 79.1);
 
15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə adığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununun 90+6-cı dəqiqəsində “Şəmkir” komandasının 23 nömrəli futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyununun 90+7-ci dəqiqəsində “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Şəmkir” komandası 600 manat cərimə edilsin (maddə 52.5);
 
15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının meneceri Taleh Əliyev hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
15.12.2025-ci il tarixində II Liqada XIII turun “Şəmkir” – “Quba” oyunu bitdikdən sonra “Şəmkir” komandasının rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
16.12.2025-ci il tarixində II Liqada XIII turun “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
14.12.2025-ci il tarixində Əvəzedicilər liqasında XIV turun “Sumqayıt-2” – “Şamaxı-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə adığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
14 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan İmişli Bələdiyyəspor-İstiqlal FK oyunu İstiqlal FK təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İstiqlal FK-ya 3:0 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Karma FK-Qovlar FK oyununda Qovlar FK-nın heyətində N15 futbolçu Hüseyn Qasımlı qarşılaşmanın 48-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Karma FK-Qovlar FK oyununda qarşılaşmanın 78-ci dəqiqəsində Karma FK-nın heyətində N22 futbolçu Xəyal Səmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Karma FK-Qovlar FK oyununda qarşılaşmanın 90+5-ci dəqiqəsində Karma FK-nın heyətində N19 futbolçu Cavanşir Rüstəmov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Neftçala FK-Naxçıvan FK oyunu Naxçıvan FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Naxçıvan FK-ya 3:0 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Viləş PFK oyununda Lənkəran FK-nın heyətində N10 futbolçu Fəryad Talıbzadə qarşılaşmanın 90+3-cü dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Viləş PFK oyununda qarşılaşmanın 90+3-cü dəqiqəsində Viləş PFK-nın heyətində N1 futbolçu Ayaz Məmmədli rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Viləş PFK oyununda qarşılaşmanın 90+3-cü dəqiqəsində Viləş PFK komandasının heyətində N2 futbolçu Rəvan Murtuzayev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Dirçəliş FK-Xudat City FA oyununda Xudat City Fkomandasının heyətində N10 futbolçu Rizvan Qasımov qarşılaşmanın 66-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Dirçəliş FK-Xudat City FA oyununda qarşılaşmanın 85-ci dəqiqəsində Dirçəliş FK komandasının heyətində N23 futbolçu Nurlan Dadaşov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən City Baku-İnşaatçı PİK oyununda İnşaatçı PİK-nın heyətində N25 futbolçu Riad Nağıyev qarşılaşmanın 68-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı, bundan sonra rəqib komandanı və hakimlər briqadasını, eyni zamanda hakimlər komitəsini təhqir etdiyi üçün növbəti 7 (yeddi) oyuna buraxılmasın. (Maddə 45.1, 52.3, 52.4, 52.6)
 
14 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Xəzər (Ağcabədi)-Ucar FK oyunu Ucar FK təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ucar FK-ya 3:0 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
13 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Sabah FK oyununda Sabah FK-nın köməkçi məşqçisi Şasa Yunusoğlu qarşılaşmanın 55-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı, bundan sonra hakimi təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın (Maddə 51.2, 52.4).
 
13 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Sabah FK oyununda hissələrarası fasilədə Şamaxı FK-nın baş məşqçisi Ramiz Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
13 dekabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Zirə PFK-Metak FK oyununda Zirə PFK-nın heyətində N6 futbolçu Oğuz Əlisoy qarşılaşmanın 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Araz Naxçıvan PFK-Turan Tovuz FK oyunu bitdikdən sonra Turan Tovuz FK-nın heyətində N18  futbolçu Kənan Kərimov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Araz Naxçıvan PFK-Turan Tovuz FK oyunu bitdikdən sonra Turan Tovuz FK-nın heyətində N8 futbolçu Fikrət Həsənov təcavüzkar davranışa və rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 45.1, 52.3)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Araz Naxçıvan PFK-Turan Tovuz FK oyunu bitdikdən sonra Araz Naxçıvan PFK-nın heyətində N1 futbolçu Zülfüqar Əmrullayev təcavüzkar davranışa və rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 45.1, 52.3)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Araz Naxçıvan PFK-Turan Tovuz FK oyunu bitdikdən sonra azarkeşlər meydana daxil olaraq bəzi oyunçulara zərbə endirdiyi, Araz Naxçıvan PFK komandası təhlükəsizliyi təmin edə bilmədiyi üçün Araz Naxçıvan PFK komandasının azarkeşləri ev oyunlarına ardıcıl 3 oyun buraxılmasın (maddə 86.5);
 
13 dekabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Fireland FC-Araz Naxçıvan PFK oyununda Fireland FC-nın heyətində N3  futbolçu İbrahim Mustafayev təcavüzkar davranışa (rəqibin başına ayaqla zərbə endirdiyinə) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Zirvə FK-Liman UFK oyununda Zirvə FK-nın heyətində N1 futbolçu Orxan Əliyev qarşılaşmanın 60-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
7 dekabr 2025-ci il AFFA U-14 Liqasında keçirilməli olan MOİK-Baku Sporting oyunu MOİK komandasının ev sahibi komanda olaraq öhdəlikləri yerinə yetirmədiyinə (stadionla təmin etmədiyinə) görə baş tutmadığı üçün MOİK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
 
13 dekabr 2025-ci il AFFA U-13 keçirilməli olan Mübariz FA-Qartal FK oyunu Qartal FK təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Qartal FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
29 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Çinar(Gəncə)-Gəncə(Gəncə) oyununda Çinar(Gəncə) komandasının heyətində N4 futbolçu Vidadi Bayramlı qarşılaşmanın 10-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
29 noyabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Çinar(Gəncə)-Gəncə(Gəncə) oyununda qarşılaşmanın 10-cu dəqiqəsində Gəncə(Gəncə) komandasının heyətində N9 futbolçu Rizvan Səmədli təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Hilal(Ağsu)-Şamaxı FK oyununda Şamaxı FK komandasının heyətində N2 futbolçu Əyyub Rüstəmov qarşılaşmanın 22-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
14 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Ağstafa Gəncləri-Qazax Siti oyununda Ağstafa Gəncləri komandasının heyətində N6 futbolçu Şakir Vəliyev qarşılaşmanın 56-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
Məsələ14.12.2025-ci il tarixində AFFA Yüksək Qızlar Liqasının “Təhsil 8 İOEUGİM-Araz-Naxçıvan PFK” oyununun 48-ci dəqiqəsində Təhsil 8 İOEUGİM komandasının №10 oyunçusu Ella Əmirova qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
14.12.2025-ci il tarixində AFFA U-16 Qızlar Liqasında “Şəfa” FK  – “Ümid” (Gəncə) oyunu, “Ümid” (Gəncə) komandasının oyuna qeyd olunan vaxtda gəlmədiyi üçün baş tutmadığı üçün “Ümid” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
15.12.2025-ci il tarixində AFFA U-12 Qızlar Liqasında “Playmakers 189-190”– “Təhsil 8 İOEUGİM” oyununun 2-ci hissəsinin 13-cü dəqiqəsində Təhsil 8 İOEUGİM komandasının №8 oyunçusu Kəmalə Musayeva təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
15.12.2025-ci il tarixində AFFA U-12 Qızlar Liqasında “Playmakers 189-190”– “Təhsil 8 İOEUGİM” oyununun 2-ci hissəsinin 13-cü dəqiqəsində Playmakers 189-190 komandasının №1 oyunçusu Amira Heydərova təcavüzkar davranışına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
15.12.2025-ci il tarixində AFFA U-12 Qızlar Liqasında “Playmakers 189-190”– “Təhsil 8 İOEUGİM” oyununun 2-ci hissəsinin 13-cü dəqiqəsində Playmakers 189-190 komandası meydanı tərk etdiyinə görə oyun yarımçıq dayandırıldığına görə Playmakers 189-190 komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (Maddə 77.1)
 
11.12.2025-ci il tarixində keçirilən futzal üzrə U-19 – Lənkəran MFK oyununda, Lənkəran MFK komandasının oyunçusu Qurban Orucov oyunun 28-ci dəqiqəsində qeyri idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın.  (Maddə 17.5)
 
11.12.2025-ci il tarixində keçirilən futzal üzrə Neftçi İK İB – Araz Naxçıvan oyununda, Araz Naxçıvan komandasının oyunçusu Jean Marcos Castanho Peruzzonun oyunun 30-cu dəqiqəsində qeyri idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın.  (Maddə 17.5)
 
11.12.2025-ci il tarixində keçirilən futzal üzrə Neftçi İK İB – Araz Naxçıvan oyununda, Neftçi İK İB komandasının oyunçusu Nihad İsmayılovun oyunun 37-ci dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın.  (Maddə 17.5)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor