19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);
20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 4000 manat cərimə edilsin (maddə 86.3);
20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Karvan-Yevlax” – “Neftçi” oyunu bitdikdən “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” komandası tərəfindən qarşılansın (maddə 86);
21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilsin (maddə 57.2);
22.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” komandası 750 manat cərimə edilsin (maddə 86.3);
24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
24.12.2025-ci il tarixində I Liqada XII turun “Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 57.2);
25.12.2025-ci il tarixində I Liqada XII turun MOİK – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
22.12.2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Xankəndi” oyununda “Sheki City” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
22.12.2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Xankəndi” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilsin (maddə 59.1);
22.12.2025-ci il tarixində II Liqada XIV turun “Quba” – “Ağdaş” oyununun 88-ci dəqiqəsində “Ağdaş” komandasının 17 nömrəli futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 46);
23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyununda “Şirvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyununun 74-cü dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Müseyib Vəlizadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
23.12.2025-ci il tarixində II Liqada XIV turun “Göygöl” – “Dinamo” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
AFFA Region Liqasında iştirak edən "Bakı" TFK komandasının rəsmisi Hüseynzadə İsmayıl Rövşən oğlu tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun. (Maddə 97)
AFFA Region Liqasında iştirak edən Çinar-Zəngilan Futbol Klubunun İdman direktoru Dünyamalıyev Anar Zahir oğlu tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 (üç) il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun. (Maddə 97)
AFFA Region Liqasında iştirak edən Baku TFK-nın İcraçı direktoru Mustafayev Rövşən Yaşar oğlu lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulsun. (Maddə 97)
21 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Olimpik Sabirabad FK-İstiqlal FK oyunu İstiqlal FK təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İstiqlal FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Xıdırlı FK-Viləş PFK oyununun 45+1-ci dəqiqəsində Xıdırlı komandasının 8 nömrəli futbolçusu Rəsul Hacıyev rəqibə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın (maddə 45.1)
21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Xıdırlı FK-Viləş PFK oyununun 45+1-ci dəqiqəsində Xıdırlı komandasının azarkeşlərinin meydançaya daxil olub rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə Xıdırlı komandasının növbəti 2 oyunu öz azarkeşləri olmadan keçirilsin (maddə 99, 94, 86);
21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Xıdırlı FK-Viləş PFK oyununda azarkeşlər meydana daxil olaraq rəqib oyunçulara fiziki təzyiq göstərdiyi, nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə oyun yarımçıq dayandırıldığı üçün Xıdırlı FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin . (Maddə 86.6)
20 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Çinar Zəngilan FK-Lokomotiv Baku oyununda Lokomotiv Baku komandasının heyətində N8 futbolçu Yəhya Şahverdiyev qarşılaşmanın 73-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
20 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Xudat City FA-Şirvanovka FK oyunu ərzində Xudat City FA komandasının cəzalı futbolçusu Rizvan Qasımov qarşılaşmanın gedişatında hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən İmişli Bələdiyyəspor-Aran FK (Beyləqan) oyununda Aran FK (Beyləqan) komandasının heyətində N5 futbolçu Elmir İmanov qarşılaşmanın 43-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
21 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Hacıqabul FK-Ucar FK oyununun Hacıqabul FK komandası həkimlə təyin etmədiyinə görə baş tutmadığı üçün Hacıqabul FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
20 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Turan Tovuz FK-Şamaxı FK oyununda Turan Tovuz FK komandasının heyətində N60 futbolçu İman Nəcəfov qarşılaşmanın 74-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
21 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N19 futbolçu Müseyib Bəşirov qarşılaşmanın 90+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
21 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N1 futbolçu Mehdi Həsənov qarşılaşmanın 34-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
21 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Neftçi PFK oyununda qarşılaşmanın 72-ci dəqiqəsində Kəpəz PFK komandasının heyətində N4 futbolçu Seymur Xəlilov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
21 dekabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Turan Tovuz FK oyunu bitdikdən sonra Turan Tovuz FK komandasının heyətində N7 futbolçu Həsən Ağacanov hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
20 dekabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Şamaxı FK-Kəpəz PFK oyununda Şamaxı FK komandasının heyətində N4 futbolçu Ümüd Ağasarılı qarşılaşmanın 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
20 dekabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Şamaxı FK-Kəpəz PFK oyununda qarşılaşma bitdikdən sonra Şamaxı FK komandasının inzibatçısı Həşim Səfiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
20 dekabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK-Sabah FK oyununda Sabah FK komandasının heyətində N20 futbolçu İbrahim Xəlilov qarşılaşmanın 40-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
20 dekabr 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən İmişli FK-Xocalı FK oyununda İmişli FK komandasının heyətində N99 futbolçu Ayxan Şirəliyev qarşılaşmanın 66-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etməsinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
20 dekabr 2025-ci il AFFA U-15 Liqasında keçirilməli olan Kəpəz PFK-Xudat City FA oyunu Xudat City FA komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Xudat City FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
20 dekabr 2025-ci il AFFA U-14 keçirilməli olan Alfa(Zaqatala)-Qəbələ İK oyunu Qəbələ İK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Qəbələ İK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
21 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Çinar(Göyçay)-Hilal (Ağsu) oyununda Çinar(Göyçay) komandasının heyətində N4 futbolçu Yusif Məmmədov qarşılaşmanın 39-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
20 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Metak FK-Quba Olimpiya Kompleksi oyununda Quba Olimpiya Kompleksi komandasının heyətində N14 futbolçu Kənan Əmirbəyov qarşılaşmanın 55-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
20 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən AF Group Academy-Mübariz FA oyununda Mübariz FA komandasının heyətində N7 futbolçu Məhəmmədkazım Yusubov qarşılaşmanın 57-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
20 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən AF Group Academy-Mübariz FA oyununda qarşılaşmanın 58-ci dəqiqəsində AF Group Academy komandasının heyətində N2 futbolçu Turan Səfərəliyev rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
21 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən Şəfa FK-Lamasya Baku oyununda Lamasya Baku komandasının baş məşqçisi Samir Qasımov qarşılaşmanın 60-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.