az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.01.2026 Çap
18.01.2026-cı il tarixində Region Liqasında keçirilən Olimpik Sabirabad FK və Mil (Beyləqan) oyununda Mil (Beyləqan) komandasının 47 nömrəli oyunçusu Salmanlı Taleh oyunun 84-cü dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
AFFA İntizam Komitəsinin qərarları
18.01.2026-cı il tarixində Region Liqasında keçirilən Xan Çinar FK və Mərcanlı FK oyununda Mərcanlı FK heyətində 9 nömrəli oyunçu  Ağakişiyev Xəyal oyunun 74-cü dəqiqəsində rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
18.01.2026-cı il tarixində Region Liqasında keçirilən Hacıqabul və Bakı TFK oyunu Bakı TFK-nın oyuna gəlmədiyinə görə baş tutmadığı üçün Bakı TFK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
 
17.01.2026-cı il tarixində U-15 liqasında keçirilən Sabah FK və Qarabağ FK oyununda Sabah FK-nın 4 nömrəli oyunçusu İbrahimov Yusif oyunun 80-ci dəqiqəsində rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
18.01.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasında “Zaqatala QFK-Baku Juniors” oyunu Baku Juniors komandası təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Baku Juniors komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına verilə bilər.
Baş Sponsor