29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Xocalı PFK-VT Gəncə oyununda VT Gəncə komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün növbəti 10 (on) oyuna buraxılmasın. (Maddə 52.6)
28 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan İstiqlal FK-Sabirabad FK oyununun İstiqlal FK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İstiqlal FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin və bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün yarışdan kənarlaşdırılsın. (Maddə 79.4)
28 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Xudat City FA - Gənclik İK oyunu Gənclik İK komandasının heyətində lisenziyası olmayan oyunçuların olduğuna görə baş tutmadığı üçün Gənclik İK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilən Real FK - City Baku FK oyunu bitdikdən sonra City Baku FK komandasının protokolu doldurmadığı aşkarlandığı üçün City Baku FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin (AFFA Region Liqası Əsasnaməsi və İntizam Məcəlləsi maddə 94)
27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Samur FK oyununda Samur FK komandasının heyətində N20 futbolçu Viqar Əlibabayev qarşılaşmanın 80-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
28 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Beyləqan FK - Murov Kəlbəcər FK oyununda Beyləqan FK komandasının heyətində N2 futbolçu Valid Yusubzadə qarşılaşmanın 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ağcabədi FK-Ağsu Siti oyununda Ağcabədi FK komandasının heyətində N22 futbolçu Sakit Mirzəyev qarşılaşmanın 45+13-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ağcabədi FK-Ağsu Siti oyununda qarşılaşmanın 62-ci dəqiqəsində Ağcabədi FK komandasının heyətində N88 futbolçu Ruslam Rüstəmov təcavüzkar davranışa (rəqibi başla vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Ağcabədi FK-Ağsu Siti oyununda qarşılaşmanın 65-ci dəqiqəsində Ağsu Siti komandasının heyətində N6 futbolçu Mətin Əbilsoy təhqiredici ifadələrdən istifadə etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün, oyun bitdikdən sonra isə hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 52.3 və 52.4)
28 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Şəfəq FK-Samux FK oyununda Samux FK komandasının heyətində N15 futbolçu Sakit Bağırov qarşılaşmanın 68-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
28 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Şəfəq FK-Samux FK oyununda qarşılaşmanın 68-ci dəqiqəsində Samux FK komandasının heyətində N20 futbolçu Cavid Abbasov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı, qırmızı vərəq aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 51.2 və 52.4)
29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Ərgünəş(Füzuli)-Mübariz FA oyununun Ərgünəş(Füzuli) komandası tərəfindən həkim təmin edilmədiyinə görə baş tutmadığı üçün Ərgünəş (Füzuli) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 57.7)
27 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Viləş PFK-Zəfər 44 oyununda Zəfər 44 komandasının heyətində N10 futbolçu Ruslan Tağızadə qarşılaşmanın 81-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
25 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Şamaxı FK oyununda Şamaxı FK komandasının heyətində N64 futbolçu Ramiz Zamanovun qarşılaşmanın 64-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
25 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Şamaxı FK oyununda qarşılaşma bitdikdən sonra Kəpəz PFK komandasının heyətində N8 futbolçu Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
25 dekabr 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Şamaxı FK oyununda qarşılaşma bitdikdən sonra Şamaxı FK komandasının heyətində N91 futbolçu Amin Fəruxov təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
28 dekabr 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən Kəpəz PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N1 futbolçu Vüsal Məmmədli qarşılaşmanın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
28 dekabr 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən European Football Academy-Kəpəz PFK oyununda European Football Academy komandasının heyətində N7 futbolçu Rizvan Ağasənov qarşılaşmanın 88-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
28 dekabr 2025-ci il AFFA U-14 keçirilməli olan Yasamal Bakı-Ulduz Futbol Akademiyası oyununun Yasamal Bakı komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Yasamal Bakı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
25 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Lamasya Baku- European Football Academy oyununda Lamasya Baku komandasının heyətində N11 futbolçu İbrahim İsmayılov qarşılaşmanın 68-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
25 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Lamasya Baku- European Football Academy oyununda qarşılaşmanın 68-ci dəqiqəsində European Football Academy komandasının heyətində N88 futbolçu Cəfər Məmmədov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
28 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Baku Sporting-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N24 futbolçu Əli Kamalın qarşılaşmanın 10-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
28 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Baku Sporting-Qarabağ FK oyununda qarşılaşmanın 70-ci dəqiqəsində Baku Sporting komandasının heyətində N70 futbolçu Murad Şahbazzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
28 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Qaradağ Lökbatan FK-Sabah FK oyunu Qaradağ Lökbatan FK-heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün Qaradağ Lökbatan FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
28 dekabr 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Zəfər(Bərdə)-Aran(Beyləqan) oyunu Zəfər(Bərdə) komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Zəfər (Bərdə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
28.12.2025-ci il tarixində AFFA U-16 Qızlar Liqasında “Ulduz” FA – “Marxal” (Şəki) oyunu “Marxal” (Şəki) komandası tərəfindən rəsmi şəkildə oyuna gəlməyəcəkləri bildirildiyinə görə baş tutmadığı üçün “Marxal” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.