az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.02.2026 Çap
30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68);
AFFA İntizam Komitəsinin qərarları
31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Kəpəz” – “Şamaxı” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 68);
 
31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Kəpəz” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
 
1 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Qarabağ” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Mil(Beyləqan) oyununda Ağsu Siti komandasının heyətində N16 futbolçu Xətai Bağırov qarşılaşmanın 90+2-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Mil(Beyləqan) oyununda Ağsu Siti komandasının heyətində N11 futbolçu İsmayıl Qəmbərov qarşılaşmanın 90+2-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Mil(Beyləqan) oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində Mil(Beyləqan) komandasının heyətində N14 futbolçu Mahmud Əhmədov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Mil(Beyləqan) oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində Mil(Beyləqan) komandasının heyətində N66 futbolçu Fəxri Nemətli təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Mil(Beyləqan) oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində Mil(Beyləqan) komandasının heyətində N11 futbolçu Vəfadar Hüseynzadə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Araz(İmişli) oyununda Araz(İmişli) komandasının heyətində N6 futbolçu Alim Ağakişiyev qarşılaşmanın 10-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Araz(İmişli) oyununda qarşılaşmanın 60-cı dəqiqəsində Araz(İmişli) komandasının heyətində N17 futbolçu Orxan Məhərrəmov komanda yoldanışı təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün, meydanı tərk edən zaman hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 6 (altı) oyuna buraxılmasın. (Maddə 52.3 və 52.4)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Araz(İmişli) oyununda qarşılaşmanın 80-ci dəqiqəsində Araz(İmişli) komandasının heyətində N9 futbolçu Elsevər Babayev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Araz (İmişli) oyununda qarşılaşmanın  86-cı dəqiqəsində Araz (İmişli) komandasının meydanı tərk etdiyi və bu səbəbdən oyun başa çatmadığı üçün Araz (İmişli) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 77.1)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Topçular FK-Lokomotiv Baku oyununda Topçular FK komandasının heyətində N18 futbolçu Onur Məmmədov qarşılaşmanın 27-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Lənkəran FK-Salyan OİK oyununda Lənkəran FK komandasının heyətində N1 futbolçu Hafiz Məmmədli qarşılaşmanın 23-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
18 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xan Çinar FK-Mərcanlı FK oyununda Xan Çinar FK komandasının heyətində N4 futbolçu Orxan Quliyev qarşılaşmanın 74-cü dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
1 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Samur FK-Crystal FC oyunu Crystal FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Crystal FC-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı) FK-Qəbələ İK oyununda Dinamo(Bakı) FK komandasının heyətində N3 futbolçu Harun Pirməmmədli qarşılaşmanın 75-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydandan çıxarkən hakimi təhqir etdiyi üçün növbəti 6 (altı) oyuna buraxılmasın. (Maddə 45.1 və 52.4)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı) FK-Qəbələ İK oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində Dinamo(Bakı) FK komandasının heyətində N10 futbolçu Əkbər Həsənli hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Dinamo(Bakı) FK-Qəbələ İK oyununda qarşılaşmanın 90+2-ci dəqiqəsində Dinamo(Bakı) FK komandasının heyətində N99 futbolçu Məhəmməd Şiralıyevin hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N88 futbolçu Əkbər Yusubov qarşılaşmanın 83-cü dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
1 fevral 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Araz Naxçıvan PFK-Şəfa FK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N25 futbolçu İlkin Mikayılov qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
2 fevral 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Dinamo(Bakı) FK-Şamaxı FK oyununda Şamaxı FK komandasının heyətində N4 futbolçu Ömər Məmmədli qarşılaşmanın 79-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Sumqayıt FK-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N10 futbolçu Emin Bayramlının qarşılaşmanın 65-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
1 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Kürdəmir FK-Füzuli FK oyununda Kürdəmir FK komandasının köməkçi məşqçisi Nahid Vahidzadə qarşılaşmanın 37-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün və texniki zonanı tərk edərkən hakimə təhqiredici jestlərdən istifadə etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 51.2 və 52.4)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi İK İB-Yasamal Bakı oyununda Neftçi İK İB komandasının heyətində N12 futbolçu Fəziləbbas Kərimli qarşılaşmanın 74-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Baku Sporting-Xan FK oyununda  Xan FK komandasının heyətində N11 futbolçu Murad Salahlı qarşılaşmanın 60-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi PFK-Young Pro oyununda Young Pro komandasının köməkçi məşqçisi Kamran Nəcəfzadə qarşılaşmanın 32-ci dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 51.1)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi PFK-Young Pro oyununda qarşılaşmanın 59-cu dəqiqəsində Neftçi PFK komandasının heyətində N23 futbolçu Yusif İbrahimli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
1 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Zirvə-Zirə PFK oyununda  Zirə PFK komandasının heyətində N99 futbolçu Emil Abbaslı qarşılaşmanın 40-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.4)
 
1 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Metak-Sumqayıt City oyununda Metak FK komandasının baş məşqçisi Zahid Tayibov qarşılaşmanın 39-cu dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
 
31 yanvar 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Antiguoko International Football Club-Xocalı FK oyununda Antiguoko International Football Club komandasının heyətində N98 futbolçu Məhəmməd Həmzətov qarşılaşmanın 54-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
01.02.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Araz-Naxçıvan PFK-Baku Juniors” oyununun 36-cı dəqiqəsində Araz-Naxçıvan komandasının N21 oyunçusu Ləman Niftəliyevan hakimin qərarına sərt şəkildə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor