23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “İmişli” – “Araz-Naxçıvan” oyununda “İmişli” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “İmişli” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Neftçi” – “Zirə” oyununda oyun günü planı pozulduğuna görə “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 61.1);
24 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
25 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Sabah” – “Karvan-Yevlax” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Araz(İmişli)-Xəzər(Ağcabədi) oyununda Xəzər(Ağcabədi) komandasının heyətində N11 futbolçu Xəyal Rəhimli qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Qobu PFK-Topçular FK oyununda Topçular FK komandasının heyətində N3 futbolçu Elvin Quliyev qarşılaşmanın 89-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Qobu PFK-Topçular FK oyununda qarşılaşmanın 89-cu dəqiqəsində Topçular FK komandasının heyətində N13 futbolçu Vasif Abasov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Bakı TFK-Xan Çinar oyununun Bakı TFK komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Baku TFK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79)
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Xıdırlı FK oyununda Xıdırlı FK komandasının heyətində N99 futbolçu Röyal Bədəlov qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Xıdırlı FK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində Xıdırlı FK komandasının heyətində N3 futbolçu Təbriz Almazov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı və meydanı tərk edərkən köməkçi hakimi təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 51.2 və 52.4)
25 yanvar 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mil(Beyləqan)-Sabirabad FK oyununda Mil(Beyləqan) komandasının heyətində N7 futbolçu Emin Şirinov qarşılaşmanın 71-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
28 yanvar 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Metak FK-Dinamo(Bakı) FK oyununda Dinamo(Bakı) FK komandasının heyətində N3 futbolçu Gülhüseyn Şirinov qarşılaşmanın 51-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
24 yanvar 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən European Football Academy-Araz Naxçıvan FK oyununda European Football Academy komandasının heyətində N5 futbolçu Osman Zahirov qarşılaşmanın 59-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
28 dekabr 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən UGİM-2(Sumqayıt)-Sumqayıt City oyununda UGİM-2(Sumqayıt) komandasının heyətində N5 futbolçu Suat Abdullayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
25 yanvar 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Mübariz Football Academy-Azart oyununda Mübariz Football Academy komandasının heyətində N22 futbolçu Röyal Məmmədov qarşılaşmanın 61-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
24 yanvar 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Qaradağ Lökbatan-MOİK PFK oyununda Qaradağ Lökbatan komandasının heyətində protokolda adı qeyd edilməyən futbolçu aşkar edildiyi üçün Qaradağ Lökbatan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
25 yanvar 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Zirə PFK-Azərbaycan Qartalları oyununda Azərbaycan Qartalları komandasının heyətində N8 futbolçu Emre Dağtaş qarşılaşmanın 53-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.