az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 11.02.2026 Çap
4 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Sabah” – “Qəbələ” oyununa “Qəbələ” komandası təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” komandasına xəbərdarlıq edilsin (maddə 20);
AFFA İntizam Komitəsinin qərarları
5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 41-ci dəqiqəsində “Turan Tovuz” komandasının məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyun buraxılmasın, “Turan Tovuz” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);
 
5 fevral 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın ilk görüşü “Turan Tovuz” – “Kəpəz” oyununun 64-cü dəqiqəsində “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
 
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sabah” – “Araz-Naxçıvan” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 68);
 
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sabah” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);
 
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sabah” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
8 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Sumqayıt” – “Zirə” oyununda “Zirə” komandasının 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə “Zirə” komandası 1500 manat cərimə edilsin (maddə 83.2);
 
10 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ” komandası 700 manat cərimə edilsin (maddə 43.1)
 
10 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86);
 
10 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XIX turun “Neftçi” – “Qəbələ” oyununun 90+1-ci dəqiqəsində “Neftçi” komandasının 15 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7)
 
5 fevral 2026-cı il tarixində I Liqada XIII turun “Cəbrayıl” – MOİK oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Cəbrayıl” komandası 600 manat cərimə edilsin (maddə 59.1);
 
6 fevral 2026-cı il tarixində I Liqada XIII turun “Şahdağ Qusar” – “Difai” oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
7 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XV turun “Şamaxı-2” – “Sabah-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
8 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XV turun “Neftçi-2” – “Qarabağ-2” oyununa “Qarabağ-2” komandasının azarkeşləri buraxılmadığına görə “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 62.1);
 
8 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XV turun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ -2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
9 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XV turun “Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının heyətində 89 nömrəli futbolçu Əli Məmmədovun idman formasında oyunçu nömrəsi fərqli olduğuna görə “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 83.3);
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Bakı TFK-Mərcanlı FK oyununda Bakı TFK komandasının heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün Bakı TFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Viləş PFK oyununda Biləsuvar FK komandasının heyətində N12 futbolçu Emil Həsənzadə qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Viləş PFK oyununda qarşılaşmanın 26-cı dəqiqəsində Viləş PFK komandasının heyətində N42 futbolçu Rəvan Quluzadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Biləsuvar FK-Viləş PFK oyununda qarşılaşmanın 82-ci dəqiqəsində Viləş PFK komandasının heyətində N3 futbolçu Mirzəbəy Şahbazov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Bahar(Beyləqan)-Ağsu Siti oyununda Bahar(Beyləqan) komandasının heyətində N5 futbolçu Bilal Rəhimov qarşılaşmanın 82-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2).
 
7 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mil(Beyləqan)-Ağcabədi FK oyununda Mil(Beyləqan) komandasının heyətində N9 futbolçu Yusif Dayandurlu qarşılaşmanın 90+3-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Neftçala FK-Zəfər 44 oyununda Neftçala FK komandasının heyətində N10 futbolçu Rauf Ələkbərov qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün və meydanı tərk edərkən hakimi təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 17.5 və 52.4)
 
8 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Naxçıvan FK-
Ərkivan (Masallı) oyununda Naxçıvan FK komandasının heyətində N30 futbolçu Xəyal Abasov qarşılaşmanın 82-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
 
8 fevral 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Neftçi PFK oyunu bitdikdən sonra Şamaxı FK komandasının heyətində N66 futbolçu Salih Məmmədli təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
8 fevral 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Neftçi PFK oyunu bitdikdən sonra Şamaxı FK komandasının heyətində N89 futbolçu Mehman Xanlarov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
8 fevral 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Neftçi PFK oyunu bitdikdən sonra Neftçi PFK komandasının heyətində N10 futbolçu Nicat Məhərrəmov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
8 fevral 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Neftçi PFK oyunu bitdikdən sonra Neftçi PFK komandasının heyətində N55 futbolçu Fuad Həziyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
8 fevral 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Şamaxı FK-Neftçi PFK oyunu bitdikdən sonra Neftçi PFK komandasının heyətində N14 futbolçu Tunar Mehdiyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
 
9 fevral 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilməli olan Turan Tovuz FK-Lion PFK oyunu Lion PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə bax tutmadığı üçün  Lion PFK-ya 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79)
 
7 fevral 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Neftçi PFK-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N15 futbolçu Ammar Babayev qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5).
 
7 fevral 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Ulduz Futbol Akademiyası oyununda Ulduz Futbol Akademiyası komandasının heyətində N14 futbolçu Nihat Bəylərli qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5).
 
8 fevral 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən European Football Academy-Sumqayıt FK oyununda Sumqayıt FK komandasının heyətində N2 futbolçu Kərim Hüseynli qarşılaşmanın 44-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
8 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Qaradağ Lökbatan FK-Araz Bakı UFK oyunu bitdikdən Araz Bakı UFK komandasının köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 52.4)
 
8 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Young Pro-Baku Sporting oyununda Baku Sporting komandasının heyətində N12 futbolçu Azər Şiralıyev qarşılaşmanın 73-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
8 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Ələt FK-UGİM-2 (Sumqayıt) oyununda Ələt FK komandasının heyətində N24 futbolçu Saday Məmmədli qarşılaşmanın 30-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
8 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Ələt FK-UGİM-2 (Sumqayıt) oyununda qarşılaşmanın 65-ci dəqiqəsində UGİM-2 (Sumqayıt) komandasının heyətində N5 futbolçu Suat Abdullayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
7 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Mübariz FA-İCBFA oyunu bitdikdən sonra  Mübariz FA komandasının N9 futbolçusu Turan Məmmədov rəqib komandanın futbolçularını təhqir etdiyi üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
8 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Karvan-Yevlax-Mübariz(Binə) oyununda Mübariz(Binə) komandasının heyətində N4 futbolçu Əli Babayev qarşılaşmanın 58-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
7 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Quba Olimpiya Kompleksi-Çıraqqala(Şabran) oyununda qarşılaşmanın 40-cı dəqiqəsində Çıraqqala(Şabran) komandasının baş məşqçisi Nəriman Əzizov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor