az en
News / AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 11.03.2026 Çap
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” komandasının məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun oyuna buraxılmasın, “Sabah” komandası 15000 manat cərimə edilsin (maddə 52.4)
AFFA İntizam Komitəsinin qərarları
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 48.2);
 
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasının məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 48.2);
 
8 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Şamaxı” – “İmişli” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.10;
 
9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
 
9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandası 15000 manat cərimə edilsin (maddə 52.6);
 
9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
 
9 mart 2026-cı il tarixində II Liqada XVII turun “Şirvan” – “Quba” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
9 mart 2026-cı il tarixində keçirilməli olan II Liqada XVII turun “Şəmkir” – “Xankəndi” qarşılaşmasından əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə “Şəmkir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 58.3, 77.1, 88, 94) 
 
10 mart 2026-cı il tarixində II Liqada XVII turun “Ağdaş” – “Qaradağ Lökbatan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
10 mart 2026-cı il tarixində II Liqada XVII turun “Ağdaş” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
 
9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sabah-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
9 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XIX turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
7 mart 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Şəfa FK-Kəpəz PFK oyununun 73-cü dəqiqəsində Kəpəz PFK komandasının baş məşqçisi Anar Kələntərov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 47.2)
 
7 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Metak FK oyununda Kəpəz PFK komandasının heyətində N5 futbolçu Ramal Cəfərli qarşılaşmanın 56-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
6 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Şəfa FK-Araz Naxçıvan PFK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N2 futbolçu İlkin Mikayılov qarşılaşmanın 40-cı dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
 
8 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Sumqayıt FK-European Football Academy oyununda European Football Academy komandasının heyətində N17 futbolçu Amin Abdullayev qarşılaşmanın 77-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
7 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Yeni Bakı FK-Qaradağ Lökbatan FK oyununda Qaradağ Lökbatan FK komandasının heyətində N6 futbolçu İsmayıl Məmmədov qarşılaşmanın 25-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
 
9 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Quba FK-Nabran(Xaçmaz) oyununda Quba FK komandasının heyətində N7  futbolçu İskəndər Sarvarov qarşılaşmanın 67-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
9 mart 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Quba FK-Nabran(Xaçmaz) oyununda qarşılaşmanın 67-ci dəqiqəsində Nabran(Xaçmaz) komandasının heyətində N8 futbolçu Nadirbəy Əlibəyov qarşılaşmanın 67-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
 
7 mart 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Qartal FK - Fənər Bakı oyununun 30-cu dəqiqəsində Fənər Bakı komandasının koordinatoru Araz Əhmədov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandığı, qırmızı vərəqə aldıqdan sonra hakimləri təhdid etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 47.2, 51.1, 53.3)
 
7 mart 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Antiguoko İnternational Football Academy-Latsio Baku FK oyununda Latsio Baku FK komandasının baş məşqçisi Ramal Əhmədov qarşılaşmanın 25-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
7 mart 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Çinar(Gəncə)-Yasamal FM(Şəmkir) oyununda Çinar(Gəncə) komandasının heyətində N4 futbolçu Zahir Məmmədov qarşılaşmanın 14-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
 
9 mart 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilən İOEUGİŞM-1(Sumqayıt)- İOEUGİM (Sumqayıt) oyununda İOEUGİŞM-1(Sumqayıt) komandasının baş məşqçisi Firdovsi Mehralıyev qarşılaşmanın 25-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor