AFFA Region Liqası 2024/25-ci illər mövsümündə iştirakçı komandaların geyim dəsti ilə təmin olunması məqsədilə tender elan edir.
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz
“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"-ni (Əvvəlki layihələrdə iştirakla bağlı tövsiyə məktubları ilə birlikdə) müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tender müddəti: 26 avqust 2024-cü il saat 17:00-dək
Qalib şirkətin məhsulları çatdırması üçün son tarix: 01.10.2024
Ödəniş şərtləri: İlkin ödəniş 50%, mallar təhvil verildikdən sonra 50%
Qeyd: 1. Tender üçün müraciət edən şirkətlər hər məhsul çeşidindən (forma, getr, idman kostyumu və.s) 1 ədəd nümunə təqdim etməlidir. 2. İstehsalçı şirkətdən məktub göndərilməlidir.
Lazım olunan ləvazimatların sayı və tələbləri ilə əlavə olunmuş fayldan baxa bilərsiniz.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər. Nəzərinizə çatdırmaq istərdik ki, yalnız zərfdə təqdim olunmuş qiymət təklifləri nəzərə alınacaq.