az en
News / Amputant futbol komandaları arasında oyun keçirilib

Amputant futbol komandaları arasında oyun keçirilib

AFFA Dərc olundu: 05.04.2025 Çap
4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününü qeyd etmək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Minalara YOX deyək” şüarı altında amputant futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Amputant futbol komandaları arasında oyun keçirilib
Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması, eləcə də minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası istiqamətində böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycanın amputant milli komandası 2023-cü ildə Şotlandiyada keçirilən EAFF Millətlər Liqasının D liqasında, 2024-cü ildə Fransada keçirilən Avropa çempionatının final mərhələsində iştirak edib, eləcə də cari ilin 16-20 oktyabr tarixlərində ölkəmizdə keçirilməsi nəzərdə tutulan EAFF Millətlər Liqasında iştirak edəcək. Millimiz turnirin C liqasında İsrail, Ukrayna, Niderland və Belçika komandaları ilə qarşılaşacaq.
 
Baş Sponsor