“Sumqayıt” Futbol Klubunun (Misli Premyer Liqası) “Şamaxı” – “Sumqayıt” oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair.
1. “Sumqayıt” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 30 noyabr 2025-ci il tarixində AFFA-nın Misli Premyer Liqasında keçirilən “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyuna buraxılmaması və “Sumqayıt” Futbol Klubunun 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 4 dekabr 2025-ci il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.