İsmayılov Səyyar Abuzər oğlunun “Karvan-Yevlax”– “SUHB” oyunu (U-10 Liqası) ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair
1. İsmayılov Səyyar Abuzər oğlunun iddiası qismən təmin edilsin.
2. U-10 Liqasında iştirak edən Karvan-Yexlax komandası SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə Karvan-Yevlax komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi, komandanın yarışlardan kənarlaşdırılması barədə AFFA İntizam Komitəsinin 22.04.2026-cı il tarixli qərarı ləğv edilsin.
3. Kamal İsmaylovun Karvan-Yevlax komandasının tərkibində müqaviləsi qeydiyyata alınmadan çıxış etməsinə görə İntizam Məcəlləsinin 49-cu maddəsinə əsasən Karvan-Yevlax komandasına həmin oyun üzrə texniki məğlubiyyət verilsin.
3. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.