az en
News / Aysun Əliyeva: “Bu imkandan maksimum istifadə etməliyəm”

Aysun Əliyeva: “Bu imkandan maksimum istifadə etməliyəm”

Müsahibə Dərc olundu: 18.11.2016 Çap
21 yaşadək qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü Aysun Əliyevanın affa.az saytına müsahibəsi
Aysun Əliyeva: “Bu imkandan maksimum istifadə etməliyəm”
- Artıq iki aydır Türkiyənin “1207 Antalyaspor” komandasında çıxış edirsən. Özünü necə hiss edirsən, komandaya tam uyğunlaşa bilmisən?
- Türkiyə qardaş ölkə olduğundan Uyğunlaşmaq baxımından heç bir çətinliyim olmadı uyğunlaşmaq baxımından heç bir çətinliyim olmadı. Dil, mədəniyyət baxımından demək olar ki, eyni ölkəyik. Bütün komanda yoldaşlarımla yaxşı münasibətim var, tez qaynayıb-qarışdıq. Buna baxmayaraq, müəyyən çətinliklər var. Burada tam fərqli ab-hava hökm sürür. Əsasən, baş məşqçimiz Hüseyn Türkün istədiyi oyun üslubuna uyğunlaşmağa çalışıram.
- Türkiyə klubuna keçidin necə baş tutdu?
- U-17 milli komandamızın baş məşqçisi Siyasət Əsgərovun buraya keçidimdə böyük əməyi olub. Məhz onun buradakı məşqçilərlə əlaqəsinin olması transferimdə həlledici rol oynadı.
- Baş məşqçi oyunun barədə nə deyir? Əsasən hansı çatışmazlıqları düzəltməyini istəyir?
- Hər məşqə ciddi yanaşıram. Burada fiziki hazırlığa xüsusi diqqət yetirilir. Məşqlər ağır olsa da, demək olar, artıq hər şeyə öyrəşmişəm. Baş məşqçimiz müəyyən çatışmazlıqlarımın olduğunu deyib. Məndən əsasən bir-iki toxunuşla oynamağımı tələb edir. Bunun üzərində çalışıram.
- Türkiyə ilə ölkəmizin qadın futbolunu müqayisə edə bilərsən?
- Bizim ölkədə Yüksək Liqa  bu mövsümdən yaradılıb. Burada isə 12 komandanın mübarizə apardığı çempionat var. Bundan əlavə, hər komandanın özünün sponsoru və çılğın azarkeşləri var.
- Nə vaxtsa ölkə xaricində oynamaq haqda düşünürdün?
- Əlbəttə Hər futbolçunun arzusudur ki, legioner həyatı yaşasın, hər futbolçunun arzusudur ki, legioner həyatı yaşasın daha yüksək liqada, çempionatda mübarizə aparsın. Bu, mənim üçün əla fürsətdir. İndi bu imkandan maksimum istifadə etməliyəm. Təbii ki, daha güclü çempionatda oynamaq inkişaf etməyim baxımından da xeyirlidir.  
- Sənin kimi ölkə xaricində oynamaq istəyən futbolçularımıza nə kimi tövsiyələr verərdin?
- Öz üzərlərində çox çalışsınlar. Çalışmaqdan, məşq etməkdən qorxmasınlar. Əsas da həvəsdən düşməsinlər. Əgər əzmkarlıq nümayiş etdirib arzularının arxasınca qaçsalar, istəklərinə nail olacaqlar.
- Valideynlərin üçün darıxmırsan?
- Ailəm üçün darıxıram. Ancaq indi internet dövrüdür, uzaq məsafələr bir sehrli qutuda yerləşir. Bu da dünyanın hansı nöqtəsində olmağına baxmayaraq, istədiyin insanla əlaqə saxlamağına imkan yaradır. Demək olar, hər gün ailəmlə əlaqə saxlayır, hal-əhval tuturam. Ona görə fikrim onlarda qalmır.  
- Gələcəklə bağlı planın nədir?
- Yaxşı futbolçu olmaq, daha çox öyrənmək, ölkəmizi xaricdə layiqincə təmsil etməkdir. “1207 Antalyaspor” kimi başqa güclü klublarda da legioner həyatı yaşamaq istəyirəm. Eyni zamanda, etimadı doğruldub, digər futbolçularımız üçün də cıgır açmağa çalışacam. Bu gün ölkəmizdə istedadlı futbolçular var. Onların da ölkə xaricinə çıxmalarına çalışmalıyıq.
 
 
 
 
Baş Sponsor 
Partnyorlar