az en
News / UEFA lisenziya kursları üçün təlimçi hazırlığı

UEFA lisenziya kursları üçün təlimçi hazırlığı

Məşqçi kursları Dərc olundu: 15.05.2026 Çap
AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə növbəti təlim keçiriləcək.
UEFA lisenziya kursları üçün təlimçi hazırlığı
Məqsəd UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək və onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir.
 
İştirak üçün əsas tələblər:
- Minimum UEFA B lisenziyasına (qüvvədə olan) sahib olmaq; 
- UEFA lisenziya kurslarında yüksək göstəricilərə malik olması üstünlükdür;
- Təlimçilik, mentorluq və ya tədris təcrübəsinin olması üstünlükdür;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları;
- Praktiki məşğələ aparmaq və konstruktiv rəy vermək bacarığı;
- Davamlı öyrənmə və şəxsi inkişafa maraq;
- Komanda ilə işləmək və əməkdaşlıq bacarıqları;
- AFFA-nın məşqçi təhsili sisteminə uzunmüddətli töhfə vermək motivasiyası;
- Peşəkar davranış və etik prinsiplərə riayət;
- Azərbaycan dilində aydın yazılı və şifahi ünsiyyət bacarığı. 
- Regionlardan olan namizədlərə üstünlük verilə bilər. 
 
Seçim prosesi:
Ərizələrin qəbulu: 31 may tarixinədək
Ərizələrin nəzərdən keçirilməsi və ilkin seçim: 1–3 iyun
Müsahibələrin təşkili: 4–5 iyun
Təlimin keçirilməsi: 10–13 iyun (əyani formatda)
 
Müraciət etmək istəyən namizədlər mayın 31-dək elektron formanı doldura bilərlər.
Sualınız olarsa [email protected] emailinə müraciət edə bilərsiniz.
Baş Sponsor